Azərbaycanda sayt rəhbəri həbs olundu - FOTO
19
apr
2024
19:53
“Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.
Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
5 yaşlı uşağı həyətin ortasında zorladı, sonra... - Azərbaycanda BİABIRÇILIQ
Ağcabədi rayonunda azyaşlı qarşı təcavüz etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şər...