SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda ağır yol qəzası baş verib.
 
Lent.az xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
 
Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS