SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-də yayımlanan "Rezonans" verilişində məhbus Taleh Həziyev həyat hekayəsini bölüşüb. 

Taleh Həziyev (cəzası 15 il): "10 ildən çoxdur həbsdəyəm. Həbsdə olarkən anamı da, atamı da itirdim. 3 övladım var. Deyirlər ki, əsl ağrını hiss etmək istəmirsənsə, bir evlənmə, bir də övladın olmasın. Bu kəlmənin altında çox dərin məna var. İnsan əziyyəti övladları üçün keçirir. İkinci məhkumluğumdur. İlkini Rusiyada çəkdim 2.5 il. Cavan idim o vaxt, dava oldu. Dava ilə əlaqədər oldu. İndiki hadisə isə olmamalıydı. Özümdən asılı olmayaraq onu öldürdüm. Biri var şüurlu şəkildə fikrləşib kiminsə həyatına qıyasan, biri də var ki, istəmsizcəsinə özündən asılı olmayaraq. Necə etdiyimi belə bilmədim. İçkili olub insanı həyatdan məhrum etmişəm. Özümə bağışlaya bilmirəm. Mən kiməsə can verməmişəm, amma cana qıydım".

Daha sonra Taleh Həziyev həbsə düşdükdən sonra ailəsində baş verənlərdən söz açıb: "Övladlarım çox kiçik idi. Çox əzab çəkiblər. Evdə ata mütləq lazımdır. Ailə başçısı olmayandan sonra ailə üçün çox çətin olur. Mən onların yanında ola bilmədim. Şükür Allaha ki, onlar böyüyüb. Onları böyüdüb boya-başa çatdıran analarına minnətdaram. (ağlayır) Belə bir məsəl var ki, kişi ağlamaz. Çox çətinliklərlə rastlaşmışam, amma mənim gözümdən yaş çıxmayıb. Amma mənəvi əzab toxunanda, kişi bir tərəfə, daş da ağlayar. Anam yanıma gəlirdi. Son dəfə görüşəndə, gedəndə çevrilib üzümə baxdı. Başa düşmədim nə üçün elə baxmasını. 1 həftə sonra anamı itirdim. Özüm özümə nifrət elədim. Beli bükülmüş halda, yeriyə bilmirdi, amma məni görməyə gəlirdi. Mən onun dəfninə gedə bilmədim. O, ölən gün mən onu yuxuda gördüm. Onu təsəvvür belə etmədiyim formada qeyri-adi geyimdə gördüm. Atamı da burada olarkən itirmişəm. Həbsxana mənə öyrətdi ki, bir daha düşünülməmiş addım atmayım. Daha sonra burada sənət öyrəndim".
 
BAKU.WS