SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb. 

BAKU.WS xəbər verir ki, videonu sportinfo.az yayıb. 

Belə ki, martın 17-də keçirilən “Turan Tovuz” FK - “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib.

Yayılan görüntülərdən aydın olur ki, E.Əliyev hakimin hansısa qərarından narazı qalıb və sürətlə meydana şığıyıb. O, əlindəki əşya ilə hakimə zərbə endirib.

Yaxınlıqdakı şəxslər məşqçini sakitləşdirməyə cəhd göstərsə də, o, hərəkətlərinə ara vermir.

Yenidən referinin üzərinə yeriməyə və onu vurmağa çalışır.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin dünənki iclasında Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb.

Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO