22 yaşlı Pərinin qətlinə görə tutulan şəxs peşəkar idmançıdır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır
WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və Şuşa, Füzuli və Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.
Qeyd edək ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib. 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib. Gənc qızı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Xəyanətdə ittiham etdiyi arvadını bıçaqladı, həbs olunmadı - Nar bağındakı cinayətin DETALLARI
Kürdəmir rayonunda 1989-cu il təvəllüdlü Bəşir qısqanclıq zəminində həyat yoldaşı Pərini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. BAKU.WS "teleqraf.com...