22 saylı məktəbdə kişi gözətçi xadiməçiyə yumruq vurub?
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəbdə gözətçi ilə qadınlar arasında insidentin yaşandığı iddia olunur. Hadisə Sumqayıtda baş verib.
BAKU.WS xəbər verir ki, "Xəzər Xəbər"in vatsapp nömrəsinə şikayət edən gözətçi Ceyhun Şəfiyev ona qarşı səsləndirlən iddiaları qəbul etmir.
Onun sözlərinə görə, qardaşı Anar Şəfiyevlə birlikdə 22 nömrəli orta ümumtəhsil məktəbində gündüz və gecə növbəsində gözətçi vəzifəsində çalışırlar. Qardaşı Anar Şəfiyev 10 gün müalicə olunması üçün reabitasiya mərkəzində olub. Lakin onun əmək haqqı natamam yazılıb. Bunu görən Anar Şəfiyev bu barədə qardaşına məlumat verib. Ardınca şəhər prokurorluğuna müraciət edib. Ceyhun Şəfiyev məktəbdə qadına zədə yetirmədiyini və sadəcə haqqını tələb etdiyini bildirib.
Məktəbdən "Xəzər Xəbər"ə bildirildi ki, Ceyhun Şəfiyev 14 may saat 09:15-də məktəbin xadiməsi olan qadına yumruq vurub.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...