SİZİN REKLAM BURADA!
055 213 76 73


İnternetdən noutbuk sifariş edən qıza daş göndərilib.

BAKU.WS xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Qaziosmanpaşada yaşayan 23 yaşlı Sibel Zengin adlı qız 20 000 lirə (təxminən 1084 AZN) dəyərində noutbuk sifariş edib. O fiziki məhdudiyyətli olduğu üçün gələn noutbuku dayısı karqodan alaraq evə gətirib.

Həyəcanla bağlamanı açan Sibel həyatının şokunu yaşayıb. 20 000 lirə ödəyib sifariş etdiyi noutubuk əvəzinə bağlamadan daş çıxıb.

Ona bildirilib ki, karqo şöbəsində qarışıqlıq düşüb və onun bağlaması səhv göndərilib.

Sibel 20 000 lirəni uzun müddət yığdığını bildirib. Gənc qız ona qarşı edilən dələduzluğa görə özünə şəxsi vəkil tutub. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO