Bakıda bir sıra qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO

Bakıda bir sıra qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO
Foto Video
Hadisə 2

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Bu çərçivədə, Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş tikililər sökülüb.

Son xəbərlər