Repçi "Qurd"un həyat yoldaşı dönərdən zəhərlənib - FOTO
Tanınmış repçi "Qurd"un (Fərid Eminov) həyat yoldaşı Leyla Eminova dönərdən zəhərlənib.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.
Leyla qeyd edib ki, dönəri yedikdən sonra temperaturu 35 dərəcəyə düşüb və özünü narahat hiss etməyə başlayıb:
"İndi bir az daha yaxşıyam. Sistem, dərman etdim, düzəldi. Son zamanlar çoz az yemək yeyirəm. Bu da məni zəiflədib. Dünən iş vaxtı ac olduğum üçün dönər yedim. Hava da soyuq idi. Evə gələndə temperaturum 35 dərəcəyə düşmüşdü. Dönər mənə zəhərlənmə vermişdi (dönər bilinən yerdən idi, adını çəkmək istəmirəm)".
Xatırladaq ki, Leyla Eminova repçi "Qurd"la 2021-ci ilin noyabrında ailə həyatı qurub. Cütlüyün bir qız övladı var.
Oxşar xəbərlər
Bakıda dönərdən zəhərlənən şagirdlər evə buraxılıb - YENİLƏNİB
Bakıda dönərdən zəhərlənən şagirdlər evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a TƏBİB-dən bildirilib. Bildirilib ki, oktyabrın 24-25-də dönərd...