Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. 
 
 
BAKU.WS-in məlumatına görə, hadisə şahidləri Ölkə.Az-a bildirib ki, axşam saatlarında Heydər Əliyev prospektində "Hyundai-Tucson" avtomobili ilə "Ferrari" markalı avtomobil toqquşub.
 
"Hyundai" avtomobilinin sürücüsü Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevadır. Qəzaya səbəb isə "Ferrari"nin xanım sürücüsünün sərxoş olması olub.

Qəzadan dərhal sonra avtomobilin nömrələrinin sökərək hadisə yerindən qaçıb. Zeynəb Dostəliyeva isə qolundan zədələnib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
 
BAKU.WS