Şamaxıda 9 odlu silah polisə könüllü təhvil verilib - FOTO

Şamaxıda 9 odlu silah polisə könüllü təhvil verilib - FOTO
Hadisə 2

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1-i yivli “Karabin” markalı odlu silah olmaqla ümumilikdə 9 tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

Son xəbərlər