VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis əməkdaşları həftəsonu Xankəndi şəhəri ərazisində 7 silah, 4 qumbara aşkarlayıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

BAKU.WS