Ödənişli yolda ağır qəza - Ölən və yaralananlar var
Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "BMW" markalı avtomobili ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Belə ki, qəza nəticəsində sürücü Cəfər Həsənov hadisə yerində aldığ xəsarətlərdən ölüb.
Avtomobildə olan digər sərnişinlər 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hər üç şəxs Bakı şəhər sakini olublar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ödənişli yolda qəza olub: Ölən və yaralanan var - FOTO
Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Report-a ist...