Güclü külək Mingəçevirdə ağacları aşırıb, elektrik və rabitə təsərrüfatına zərər dəyib - FOTO
06
yan
2024
13:50
Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərin bəzi prospekt və küçələrində iri gövdəli ağaclar aşıb.
Nəticədə nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Bundan başqa, elektrik və rabitə təsərrüfatına da zərər dəyib.
Küləyin şəhərdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər görülüb.
Qeyd edək ki, yanvarın 5-i axşam saatlarından başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Qalereya
Oxşar xəbərlər
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Qazax şəhərində güclü külək iri gövdəli ağacı aşırıb, transformator və avtomobilə zərər dəyib. BAKU.WS Report-a istinadən əbər verir ki, hadisə Qazax şəhər, Bak...