Azərbaycanda daha bir uşaq qızılcanın qurbanı oldu
06
yan
2024
10:42
Şəkidə altı yaşlı uşaq xəstəxanada ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, yanvarın beşindən altısına keçən gecə rayonun Sarıca kənd sakini, altı yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.
Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.
Qeyd edək ki, son bir ay ərzində ölkədə qızılca xəstəliyindən 10-dək uşaq dünyasını dəyişib.
Oxşar xəbərlər
Bakıda qızılcadan vəfat edən şagirdlə bağlı məktəbdən AÇIQLAMA - YENİLƏNİB
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib. BA...