SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstanbulda yaşayan 21 yaşındakı gənc qız smartfonuna yüklədiyi bir proqramla özünə sevgili tapıb. Bir gecə klubunda Umut adlı şəxslə tanış olan qız yeni ildə birlikdə əylənmək qərarına gəlib.
 
BAKU.WS-in məlumatına görə, 2016-cı ilin son gecəsi Taksimdə görüşən gənclərə Umutun dostu Yıldırım da qatılıb. Bir gecə klubuna gedib əylənən gənclər avtomobillə evlərinə dönmək üzrə məkandan ayrılıb. Dəhşət də elə bundan sonra başlayıb.
 
İddiaya görə, boş əraziyə gəldiklərində avtomobili saxlayan Umut və dostu Yıldırım gənc qıza təcavüz edib. Çantasını aldıqları qızı maşından atan şübhəlilər sonra yoxa çıxıb. Gənc qız polisə müraciət edərək gənc oğlanlardan şikayətçi olduğunu bildirib.
 
Polis araşdırmalardan sonra şübhəli şəxsləri yaxalaya bilib. İstintaqa cəlb olunan gənclər ittihamları rədd edib və bildiriblər ki, hadisə spirtin təsiriylə baş verib. Hər iki şübhəli şəxs həbs olunub. 
 
Nazim Babayev
BAKU.WS