21 yaşlı DJ motosiklet qəzasında öldü
25
fev
2025
13:54
Türkiyəli DJ Tuna Selimoğlu keçirdiyi motosiklet qəzasında ölüb.
BAKU.WS xəbər verir ki, hadisə Osmanqazi bölgəsinin Kükürtlü məhəlləsində yaşanıb.
Onun idarə etdiyi motosiklet yoldan çıxaraq 200 metr uzağa düşüb. Selimoğlu isə nəqliyyat vasitəsindən çıxaraq bardürə çırpılıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları çağrılıb. DJ-yə ilkin tibbi yardım göstərilib. Çekirge Dövlər Xəstəxanasına çatdırılan Selimoğlu yolda keçinib.
Qəza zamanı o sərxoş olub. Qanında 2.54 promil alkoqol müəyyən edilib.
21 yaşlı DJ Türkiyədə "Tuna Atlas" adı ilə məşhurlaşıb.
Oxşar xəbərlər
"Lake Hotel"in dörd işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı
Binəqədidə ötən ay hotelin dörd işçisinin ölümündə təqsirləndirilən icarədar Ağasif Verdiyevin barəsində qərar çıxarılıb. BAKU.WS APA-ya istinadən xəbər verir k...