21 yaşlı qadın yeni doğulan körpəsini zibilliyə atdı – Körpə çantada öldü

20
iyn
2019
15:53
Rusiyanın Kemerovo bölgəsində dəhşətli cinayət baş verib.BAKU.WS “om1.ru”ya istinadən xəbər verir ki, 21 yaşlı qadın yeni doğulan körpəsini zibil yeşiyinə atıb.Belə ki, həmin ərazidə yaşayan şəxs iti ilə gəzərkən zibil yeşiyində idman çantası tapıb. Çantanı açanda isə dəhşətə gəlib. Çantanın içərisində yeni doğulmuş körpə cəsədi olub.Sonradan polislər araşdırmalar aparıb.Araşdırmalar zamanı körpəsini ölümə tərk edən 21 yaşlı qadın tapılıb.Məlum olub ki, həmin şəxs evdə doğuş edib. Uşaq tam sağlam və qüsursuz doğulub.Qadın isə körpəni istəməyib. Bu səbəbdən də, onu çantaya qoyaraq zibilliyə atıb.Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşət - 18 yaşlı ana 7 aylıq körpəsini bətnində öldürdü
Lənkəranda ana öz körpəsini bətnində öldürüb.Trend-in məlumatına görə, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.Dekabrın 10-da gecə saat 01 radələ...
