Bakıda "moyka"dan telefon oğurlandı - ANBAAN VİDEO - YENİLƏNİB
Bakıda avtoyuma məntəqəsində oğurluq hadisəsi baş verib.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, məsələdən xəbərdardırlar. Araşdırma aparılır.
*** 13:00
Bakıda avtoyuma məntəqəsində oğurluq hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə bu il 21 noyabr tarixində Sabunçu rayonunun Rufulla Axundov 5 ünvanında qeydə alınıb:
"Bu şəxs 21.11.2023-cü il tarixində saat 11:13-də işlədiyim obyektdə mən maşın yuyarkən telefonumu oğurlayıb. 13-cü polis bölməsinə məlumat vermişəm. Telefonumu kreditlə 1 ay olardı ki, almışdım",-deyə şəxsi əşyası oğurlanan Əlisahib adlı şəxs bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda "Kərimə" dövləti qurmaq istəyənlər ƏLƏ KEÇDİ - RƏSMİ - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabil...