VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada mayın 19-da baş verən yanğında dünyasını dəyişən 3 yaşlı Fərəhin ailəsi təmirdən sonra yeni - əvvəlki mənzillərinə köçməyə hazırlaşırlar.  

BAKU.WS-in Report saytına istinadən, sentyabrın 28-də mənzillərinin açarlarını təhvil alan sakinlər arasında Fərəhin atası Elnur Məhhərəmov və Günay Məhərrəmova da olub.

Mənzillərə baxış zamanı diqqəti çəkən məqam binada olan 56 mənzildən yalnız onların evinin fərqli dizaynda təmir olunması idi. Binanın 12-ci mərtəbəsində 49 nömrəli evin mebel avadanlıqlarından tutmuş evin dizaynına qədər, hətta pərdələr və uşaq otağının bəzədilməsi belə fərqli şəkildədir.

İş icraçılarından aldığımız məlumata görə, Elnur Məhhərəmovun sahibi olduğu ev onun xanımının istəyi və zövqü ilə təmir olunub və bəzədilib.

Evdə aparılan təmir işlərinin nəticəsi barədə Fərəhin anası Günay Məhərrəmovanın fikirlərini soruşduqda cavabı çox qısa  oldu: "Bütün bunlar mənim üçün əhəmiyyətsiz. O boyda balamı itirdikdən sonra hər şey boşdur".

Xatırladaq ki, hadisə baş verəndə uşaq evdə anası ilə olub. Anası yanıq xəsarətləri ilə Toksikologiya Mərkəzinə aparılmışdı. Xəstəxanada olduğu müddətdə uşaqdan xəbəri olmayıb. Bir müddətdən sonra isə bütün xəstəxanalarda qızının axtarışına çıxan atası Elnur Məhərrəmov 3 yaşlı Fərəhin həyatının xilas edilə bilmədiyini öyrənib. Balaca mayın 20-də Qubada dəfn edilib.  

BAKU.WS