VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Son günlərdə Azərbaycanda yoluxucu xəstəlik yayılıb. Virus daşıyıcıları daha çox baş ağrısı, qızdırma, ürəkbulanma və bir çox hallardan şikayətlənir. Hətta sosial şəbəkələrdə yayılmış virusun ciddi olduğunu, kütləvi hal aldığını yazanlar da var.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda hər hansı bir qrip virusu aşkar olunmayıb. Sakinlərdə müşahidə olunan mövsümü xarakter alan respirator virus infeksiyalarıdır: "Hazırda ölkədə respirator infeksiya, qrip halları ilə bağlı artım yoxdur, əksinə, ötən illə müqayisədə eyni səviyyədədir. Virusların yayılmasının əsas səbəbi də sakinlərin həkimə müraciət etməməsi, xəstə vəziyyətdə ictimiyyət arasına çıxmasıdır”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də Azərbaycanda qriplə bağlı vəziyyətin stabil olduğunu bildirib. Epidemioloq sözlərinə görə, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən, qripə yoluxma ilə bağlı hər hansı narahatedici vəziyyət yoxdur:

"İnsanlar xəstə olduqları müddətdə işə getməməli, küçəyə çıxmamalıdır. Asqıran, öskürən şəxslər birinci növbədə həkimə müraciət etməlidir. Ancaq indi xəstə şəxslərdən soruşun ki, hansı həkim qəbulunda olub? Virusa yoluxmuş şəxslər mütləq maskadan istifadə etməli, həm iş, həm də ev şəraitində bir müddət təcrid olunmalıdır. Əgər xəstə evdə olarsa, onu mütləq ayrı otağa keçirməli, istifadə etdiyi qab-qaşığı ayırmaq lazımdır. Mümkün qədər xəstələrlə kontaktdan qaçmaq lazımdır. Hazırda bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır”.
 
BAKU.WS