SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakıda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. 

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Ağadadaş Qurbanov küçəsində yerləşən 22 saylı uşaq bağçasında xadimə işləyən 1959-cu il təvəllüdlü Əzimova Reyhan Əlif qızı özünü pis hiss edib.

Təcili tibbi yardım həkimləri gəlsə də, artıq gec olub və R.Əzimovanın vəfat etdiyi müəyyən edilib.

İlkin məlumata görə, bağçanın işçisi ürək çatışmazlığından vəfat edib.

Araşdırma aparılır.