SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
 
BAKU.WS-in anspress-ə istinadən məlumatına görə, qəza zamanı Şəkinin Baş Zəyzid kənd sakini, 43 yaşlı Etibar İbrahimxəlilov qəfildən avtomobilin idarəetməsini itirib. Əvvəl yol kənarına aşan maşın sonra magistral qaz xəttinə çırpılıb. Zərbənin təsirindən sürücü Etibar İbrahimxəlilov aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib.

Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi, 42 yaşlı Vahid Mehdiyev isə ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın həkimi Zahir İsmayılov yaralının vəziyyətinin orta ağır olduğunu deyib: "Daxil olarkən ağır vəziyyətdə idi. Dərhal tərəfimizdən reanimasion tədbirlər görüldü, vəziyyətdən çıxardıq. Hazırda vəziyyəti orta ağırdır".

Faktla bağlı araşdırma aparılır.

Qəza nəticəsində qaz xətti sıradan çıxdığından bir neçə kəndin qaz təchizatı dayandırılıb. Hazırda həmin ərazidə təmir bərpa işləri aparılır.
 
BAKU.WS