SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən ilin oktyabr ayında transformatora girən və nəticədə ağır bədən xəsarəti alan sevgililərdən xəbər var.

BAKU.WS qaynarinfo.az-a istinadən xəbər verir ki, Fəqan adlı oğlan və onunla birlikdə transfarmatorda xəsarət alan sevgilisi ailə həyatı qurur.

Bu gün onların toyu olacaq. Mərasim Bakıda - "Fərid Palace"də baş tutacaq. Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçriləcək. Hətta dostların cütlük üçün kiyarə ev tutduğu da deyilir.
 
Qeyd edək ki, Fəqan və 18 yaşlı sevgilisi ötən ilin oktyabrında Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsindəki transformatora daxil olmuş, nəticədə ağır xəsarət almışdı. Oğlan qəza zamanı bir qolunu itirib.
 
BAKU.WS