Bakıda dəhşət! - Yaşlı anasını əlil arabasına bağlayaraq dilənməyə məcbur etdi - YENİLƏNİB/FOTO
Nəsimi rayonunda yaşlı qadının döyülməsi iddiası ilə bağlı hazırda müvafiq polis orqanında araşdırma aparılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
O, qeyd edib ki, şəxslərin sağlamlıq vəziyyəti nəzərə alınmaqla barələrində qanunamüvafiq tədbirlər görüləcək.
Hadisə anının videosunu linkə keçid edərək izləyə bilərsiniz.
***14:49
Paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun küçəsində yaşlı qadın zorla diləndirilib.
Bu barədə iddia BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
İddia edilir ki, yaşlı qadın özünü onun qızı kimi təqdim edən şəxs tərəfindən ərazidəki marketin yaxınlığında dilənməyə məcbur edilib. Hadisəyə yaxınlıqdakı vətəndaşlar müdaxilə edib. Daha sonra məlum olub ki, qadının ayaqları əlil arabasına skoçla bağlanıb. Qızı bildirib ki, anasının ayaqlarında yara olduğundan o, bu addımı atıb. Çünki yaşlı qadın ayaqlarını tərpərdikcə yara daha da pisləşirmiş.
Ətrafdakıların ciddi narazılığından sonra qadın və qızı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparılıblar.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...