VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Biləsuvarda intihar hadisəsi baş verib.

Biləsuvar rayon Prokurorluğunun müstəntiqi Anar Nuriyevin BAKU.WS-ə verdiyi məlumata görə, "Aztelekom” İstehsalat Birliyinin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi, 35 yaşlı İlkin  Mirilham oğlu Ağayev ötən gün axşam saatlarında iş otağında özünü asaraq öldürüb.

Hadisə barədə məlumat verilən kimi hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Araşdırmalardan sonra intiharın səbəbləri məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb.

Ziya Səccad
BAKU.WS