SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.
BAKU.WS xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Onlardan biri də yazıçı Seyran Səxavətdir. O BAKU.WS-ə açıqlamasında Paşayeva ilə bağlı xatirələrini bölüşərək onun vəfatına görə dərin kədər hissi keçirdiyini deyib: 
"Məndən 30 yaş kiçikdir. Onunla bağlı o qədər xatirələr var ki… Bir məsəl var "Aslanın erkəyi dişisi olmaz"  Bu misal birinci növbədə Qənirə xanıma aiddir. Gələcəkdəki deputat və məmurlar Qənirə xanımın ölümündən nümunə götürsünlər. Allah o biri dünyasını versin. Neçə gün idi gecəm-gündüzüm yox idi. Amma dua etməkdən başqa əlimdən heç nə gəlmirdi. Qəbri nurla dolsun".
Qeyd edək ki, Qənirə Paşayevanın cənazə namazı qılındıqdan sonra dəfn olunması üçün ll Fəxri Xiyabana aparılır.
Müxbir: Tənzilə Əliyeva, Foto: Təranə İbrahimova
BAKU.WS
VİDEO