SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Qənirə Paşayeva dəfn edilib.

BAKU.WS-in müxbirinin verdiyi məlumata görə, Millət vəkili İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

***10.23

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

BAKU.WS xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərhum cənazə namazı qılındıqdan sonra dəfn olunması üçün ll Fəxri Xiyabana aparılır.

***09.57

Ötən gün Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib.

BAKU.WS xəbər verir ki, hazırda Heydər Məscidində mərhumla vida mərasimi keçirilir. Mərasimdə millət vəkilinin ailə üzvləri yaxınları və bir sıra dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Qənirə Paşayevanın cənazəsi namazı qılındıqdan sonra İkinci Fəxri Xiyabana aparılacaq.

Deputat orada torpağa tapşırılacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

 

Müxbir: Tənzilə Əliyeva, Foto: Təranə İbrahimova
BAKU.WS
VİDEO

QALEREYA