2013-cü il təvəllüdlü oğlanın axtarışları davam edir - FOTO\VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qalereya
Oxşar xəbərlər
İmişlidə 10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır - VİDEO
Fövqəladə Hallar Nazirliyinin dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən...