20 yaşlı tələbə 62 yaşlı aktyoru evində öldürdü

20 yaşlı tələbə 62 yaşlı aktyoru evində öldürdü
Video
Hadisə 512

"Yeşilçam" aktyoru Mehmet Serdar Sulukahya evində bıçaqlanaraq öldürülüb.

BAKU.WS xəbər verir ki, 62 yaşlı Mehmet sosial şəbəkədə tanış olduğu Fatma Gülsüm P. tərəfindən qətlə yetirilib.

O ötən axşam İstanbulun Beşiktaşdakı evində bıçaqlı hücuma məruz qalıb.

İlkin məlumatalara görə o 20 yaşlı tələbəni evinə dəvət edib. Mehmetlə Fatma qəfildən mübahisə etməyə başlayıblar.

Daha sonra Fatma Mehmetə bıçaq zərbələri endirərək hadisə yerindən qaçıb. Ağır yaralanan aktyor xəstəxanaya aparılsa da, onun həyatını xials etmək mümkün olmayıb.

Xatırladaq ki, Mehmet Serdar Sulukahya "Beyaz Ölüm" , "Hülyam" , "Yakalayacak Kadın" kimi ekran işlərində rol alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Yanan maşını öz avtomobili ilə vurub çıxardı

Dünən Yevlax şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində baş verən yanğınla bağlı bəzi detallar məlum olub. Baku TV-nin məlumatına görə,...

60 Hadisə 23:48 26 avqust 2026

Son xəbərlər