"20 Yanvar" dairəsində yola çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub

Paytaxtın Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir", DİN-dən bildirilib.


Oxşar xəbərlər
Saxtakarlıqda təqsirləndirilən sabiq baş həkimin apellasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, 2 saylı Dəmiryol Poliklinikasının sabiq baş hək...