20 metrlik şam ağacı avtomobilin üzərinə aşıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki ağacın avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hündürlüyü təqribən 20 metr olan şam ağacı güclü küləyin təsirindən aşaraq yolun kənarında dayanan “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb və küçədə nəqliyyatın hərəkətində məhdudiyyətin yaranmasına səbəb olub.
Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə aşmış ağacın ərazidən kənarlaşdırılması və küçədə nəqliyyatın hərəkətinin bərpasını təmin ediblər.
Oxşar xəbərlər
FHN güclü küləyin törətdiyi fəsadlarla bağlı görülən tədbirlər barədə məlumat yaydı - VİDEO
İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən ve...