2 uşağını öldürən ananın əri haqqında ŞOK MƏLUMAT - "Kərimov "avtoritet"dir"

2 uşağını öldürən ananın əri haqqında ŞOK MƏLUMAT - Kərimov avtoritetdir
Hadisə 17091
İki övladını öldürməkdə ittiham olunan Yelena Kərimovanın cinayəti ətrafında baş verən təfərrüatlar ortaya çıxır. BAKU.WS-in məlumatına görə, Yelenanın anası Natalya Testenkova yeznəsinin cinayətkar olduğunu və beynəlxalq axtarışa verildiyini söyləyib: "Yelenanı ailə qurmaq fikrindən daşındırmaq istədim, amma o yenə də ərə getdi. Sonra onlar Moskvaya yollandı. Bir neçə il sonra Yelena evə ərsiz və ikinci uşaqdan hamilə olaraq qayıtdı. Kərimov geri qayıdanda Yelenanı tapdı və onu uşaqları ilə hədələməyə başladı".Yelenanın yaxın ailə üzvləri bildirir ki, o, 12 mart 2018-ci ildə boşanmaq haqqında ərizə verib. Bu addımdan sonra iki uşaq anası çox sevinirdi. Yelenanın əri Kərimov azərbaycanlıdır. İddiaya görə, onun Ukraynada saxta vətəndaşlığı var. Yelenayla Kərimov beş il əvvəl tanış olub. Yelenanın anası iddia edir ki, yeznəsi bu cinayəti özü qurub və uşaqları oğurlayaraq Azərbaycana aparıb: "Biz dünyanın hər yerində onları axtaracağıq. Qoy onlar Azərbaycanda daha yaxşı olsun, amma sağ qalsınlar" — uşaqların nənəsi danışır.AbbasBAKU.WS
2 uşağını öldürən ananın əri haqqında ŞOK MƏLUMAT -
2 uşağını öldürən ananın əri haqqında ŞOK MƏLUMAT -
2 uşağını öldürən ananın əri haqqında ŞOK MƏLUMAT -
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər