2-si azyaşlı olmaqla 36 nəfər xilas edilib - VİDEO

2-si azyaşlı olmaqla 36 nəfər xilas edilib - VİDEO
Video
Hadisə 258

“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 2 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 36 nəfər xilas edilib, yanğınlar zamanı 146 nəfər təxliyə olunub, 16 nəfər tüstüdən zəhərlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər