"Winter Park Hotel Baku" otelindən qeyri-adi qadağa: Azərbaycan mahnıları qadağan edildi
17
okt
2017
10:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Dünən bir dostumuzun doğum günü ilə bağlı "Winter Park Hotel Baku"nun restoranında toplanmışdıq. Tədbirin sonunda dostlarımdan Yavar bəy, Xəyal bəy Karaokedə Azərbaycan xalq və türk estiradasından mahnılar ifa etməyə başladılar. Hotelin məsul şəxsi gəlib yarıda kəsdi ki, bizdə Azərbaycan və türk mahnıları oxumaq qadağandır". BAKU.WS-in məlumatına görə, bu sözləri “Azərsu” ASC-də Təlim və İnnovasiyalar Mərkəzinin rəisi İlkin Məcidov deyib. Onun sözlərinə görə, Azərbaycanda öz mahnımıza qadağanın səbəbinə restorandan özünəməxsus cavab verilib: "Biz öz konseptimizi belə qurmuşuq". "Belə yerlərin bizə gələn turistlərə Azərbaycanımızı necə təbliq edəcəyinə siz qərar verin artıq. Dostlarım uyğun bilərlərsə bu məlumatın yayılmasında mənə dəstək olar".Özünü "Winter Park Hotel Baku" restoranın müdiri Asif kimi təqdim edən şəxs BAKU.WS-ə açıqlamasında bildirib ki, restoranda Karaoke yoxdur: "Bizim retoranda canlı ifa etmək üçün şərait mövcud deyil". NazimBAKU.WS
Oxşar xəbərlər
Bakının elit çimərliklərində 2017-ci ilin qiymətləri-bir nəfər üçün 70 manat (SİYAHI)
Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanı...