Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - Polisdən XƏBƏRDARLIQ
06
may
2019
10:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.H.Rəhimi bildirib: “Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”.Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.H.Rəhimi bildirib ki, otellər və kinoteatrlar iftardan səhərədək fəaliyyət göstərə bilərlər.
Oxşar xəbərlər
Spirtli içki içən şəxs ORUC TUTA BİLƏR? - CAVAB
“Ramazanda iftardan sonra spirtli içki içmək orucluq savabını aradan qaldırmasa da, ayrıca günahdır”.İlin 11 ayı spirtli içki içən şəxslərin bəziləri Ramazan ay...