Bakıda dövlət maşını qayda pozdu, sürücü piyada yolunu bağladı (VİDEO)
17
mar
2017
12:03
Bakıda sürücü piyada keçidində saxlayaraq qayda pozub.
BAKU.WS-in məlumatına görə, bu barədə videoblogger Saleh Nəsirov video palyaşıb.
Videodan da göründüyü kimi "10 AH 502" dövlət nömrə nişanlı avtomobil piyadaların hərəkətinə mane olacaq şəkildə avtomobilini saxlayıb. Ona iradlar bildirilsə də buna məhəl qoymayıb və piyada keçidindən avtomobilini kənara sürməyib.
Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakı Nəqliyyat Agentliyindən yeni sosial çarx: Piyada keçidi podium deyil! (VİDEO)
Bakı Nəqliyyat Agentliyi yeni sosial çarx hazırlayıb. BAKU.WS-in məlumatına görə, "Piyada keçidi podium deyil!" adlı çarx insanların piyada keçidindən düzgün...