Türkiyədə insanları dəhşətə gətirən cinayət hadisəsi baş verib.


BAKU.WS
-in məlumatına görə, dünən günorta saatlarında Beşiktaşda Seyfi E. Adlı kişi 2 günlük körpəsini körpüdən maşın yoluna ataraq öldürüb.


Hadisə körpənin anası yatan zaman baş verib. Arvadı evdə yatarkən körpə qız uşağını götürərək körpünün üstünə gələn qəddar ata, öz balasını körpüdən yük maşınının təkərləri altına atıb. 15 metr hündürlükdən yük maşınının təkərləri altına düşən 2 günlük körpə parçalanıb.

Hadisədən xəbər tutan polislər Seyfi E.-ni tutublar. Araşdırmalar zamanı məlum olub ki, arvadı uşağı dünyaya gətirdikdən sonra iflic olub. Bunun günahını körpədə görən ata onu dəhşətli şəkildə qətlə yetirib.

Araşdırmalar zamanı kişinin psixi cəhətdən problemləri olduğu da məlum olub.

Ziya Səccad
BAKU.WS