SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kənd yolunda qeydə alınıb.

"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, 2004-cü il təvəllüdlü K.Abbasov, 2003-cü il təvəllüdlü İ.Qasımov, 2005-ci il təvəllüdlü E.Həsənov və 2001-ci il təvəllüdlü İ.Əmirxanov xəsarət alıb.

Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS