12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Gəncə şəhərində şantajla məşğul olan şəxs tutulub.

BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı” ləqəbli şəxs ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbə sakini Məhərrəm Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
Azər Məmmədov 
BAKU.WS
[xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]