SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli barəsində irəli sürülən zorlama ittihamına ailəsi reaksiya verib.
 
Ceyhun Tofiqlinin anası Məhluqə Tofiqli Ölkə.Az-a açıqlamasında oğlunun dünən səhər saat 6-da hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən yaşadığı evdə saxlanıldığını bildirib:

"Hələ direktor kimi təsdiqlənməmişdi, vəzifəsini icra edirdi. Orada zorlama məsələsi yoxdur. Ekspertiza da bildirib ki, zorlama olmayıb. O qız on birinci sinifdə oxuyur. Niyə belə etdiklərini soruşmaq istəyirik, bizi yaxına buraxmırlar. Halbuki o ailəylə get-gəlimiz var. Oğlum ailəlidir, iki övlad atasıdır. Onun belə etdiyinə inanmaq istəmirəm. Ekspertizanın rəyində də göstərilir ki, belə bir şey yoxdur”.

Xatırladaq ki, Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır. O, direktoru olduğu məktəbin şagirdlərindən birini zorlamaqda ittiham edilir.
 
BAKU.WS