VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Şamaxı rayon Pirbəhli kənd orta məktəbində şok hadisə qeydə alınıb. İddiaya görə, orta məktəb şagirdi öz müəllimindən hamilə qalıb. Rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi 15 yaşlı müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir. Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.

Məlumata görə, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

ANS PRESS-in məlumatına görə, Elnur İbrahimovun atası Həsənağa İbrahimov insanları şoka salan hadisə ilə bağlı azvision.az-a açıqlama verib. H.İbrahimov bildirib ki, oğlu günahsızdır, ona şərt atırlar. Atasının sözlərinə görə, E. İbrahimov ailəlidir, iki övladı var.

"Həmin qızla oğlumun arasında heç nə olmayıb. Bunu ekspertiza da açıqladı. Qızı üç dəfə yoxlayıblar. O, bakirə çıxıb. Həmin qızın ailəsi də bizim kənddə yaşayır. Oğlum hazırda polisdə ifadə verir. O, deyir ki, qızla arasında heç nə baş verməyib. Yayılan xəbərlər yalandır. Həmin qız 9-cu sinifdə oxumur, məktəbi bitirib”.

H.İbrahimov qeyd edib ki, məktəbli qızın oğlu tərəfindən zorlanması sübut edilərsə, Elnur həmin xanımla ailə həyatı quracaq. "Oğlum o qızın uşağının atası olsa, mən onu qəbul edərəm. Rəsmi qayda oğlumla onu evləndirərəm. Amma qız mənim oğlumdan hamilə qalmayıb. Oğlum həm də deyir ki, o qız hər gün telefonuna mesajlar göndərirmiş. Oğlumu yoldan çıxarmaq istəyirdi. Elnur isə qızla heç vaxt görüşməyib. Prokurorluqdan da bildirdilər ki, qız oğluma mesajlar yazırmış. Hazırda qızı Bakıya aparıblar. Əgər o qız mənim oğlumdan hamilə qalıbsa, mən oğlumu boşatdırıb, həmin qızla evləndirməyə hazıram. Biz dövlətimizə, məhkəmə orqanlarına inanırıq. Qızın bakirə olması ilə bağlı Məhkəmə Tibbi Ekspertizadan rəy verilib. Oğlumun gözəl ailəsi, uşaqları var. O, ibtidai sinif müəllimi işləyirdi. Elnur deyir ki, mənə şər atırlar, mən o qızı zorlamamışam”-deyə H.İbrahimov vurğulayıb,

Qeyd edək ki, hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

Məhkəmə tibbi eksperti Məmməd Abdulrahibov aznews.az-a açıqlamasında 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib: "Mən həmin şagirdlə bağlı rəyimi yazıb komissiyanın iştirakı ilə təqdim etdim. Rəydə bildirilir ki, şagird hazırda bakirədir. Ancaq şagirdə qarşı əxlaqsız hərəkətlər olunub. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb. Bu yolla hamilə qalmaq mümkündür. Qız bakirə olsa da, doğuşa az qalıb. Qızın kimdən hamilə qalması artıq müstəntiq araşdırmasıdır”.
 
BAKU.WS