12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
 
Ağdamda ər arvadını yandırıb.
 
BAKU.WS xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.
 
Ağdam Rayon Polisi İdarəsindən verilən xəbərə görə, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.
 
K. Vəliyevanın müəllim olduğu bildirilir.
  
Faktla bağlı araşdırma aparılır.
 
İlyas Quliyev
BAKU.WS