19 yaşlı hamilə arvadını bıçaqlayan ər SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində hamilə həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Milli.Az-a bildirib ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.
Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması məhkəməyə göndəriləcəkdir.
Qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb. Nəticədə 19 yaşlı N. A. yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...