19 yaşlı azərbaycanlı küçənin ortasında güllələndi - Belçikada
Yeniliklərdən dərhal xəbərdar olun
Belçikanın Qərbi Flandriya əyalətində, Roselare şəhərində 19 yaşlı azərbaycanlı küçədə güllələnib.
BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, bu barədə fevralın 26-da yerli De Standaard nəşrinə Kortreyk Prokurorluğundan məlumat veriblər.
Məlumata görə, fevralın 25-də saat 21 radələrində şəhərdə silahlı qarşıdurma baş verib, nəticədə 19 yaşlı azərbaycanlı güllə yarası alıb. Hadisə yerinə gələn xilasedicilər ona kömək edə bilməyiblər.
Polis qətli törətməkdə şübhəli bilinən 20 yaşlı şəxsi saxlayıb və fevralın 27-də dindirməyə başlayıb. Prokurorluq məhkəmədən həmin şəxsin həbs olunmasını istəyib. Hadisə yerində müstəntiqlər, habelə tibbi müayinə və odlu silahlar üzrə mütəxəssis çalışır. Öldürülən şəxsin meyitinin yarılacağı bildirilir.
Belçika nəşrinin yazdığına görə, gəncin ölümünün dəqiq səbəbləri hələlik məlum deyil. Prokurorluq istintaq aparıldığını əsas gətirərək azərbaycanlının qətlinin təfərrüatlarını açıqlamır.
Oxşar xəbərlər
“Rövşən Lənkəranski”nin qardaşı qisas üçün Bakıdan Piterə killer göndərdi
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb.BAKU.WS virtu...