19 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, avqustun 23-də aparılan monitorinqlər zamanı Bakı şəhəri, Ağcabədi, Göyçay və Masallı rayonlarında fəaliyyət göstərən 19 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə linkdə tanış olmaq mümkündür.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
AQTA: 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib. Bu barədə BAKU.WS-ə AQTA-dan mə...