Azərbaycanəsilli aktyorun evindən çıxarılmasına qərar verildi - FOTO

Azərbaycanəsilli aktyorun evindən çıxarılmasına qərar  verildi - FOTO
Hadisə 521

Məşhur aktyor Tamer Kardağlı ilə kirayə qaldığı lüks malikanənin sahibi arasındakı gərginlik bitmək bilmir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, əslən azərbaycanlı aktyor kirayə pulunu qanunsuz artırdığı üçün ev sahibini məhkəməyə vermişdi. Ötən gün tərəflər arasında məhkəmə prosesi baş tutub.

Məhkəmədə tərəflərin vəkilləri iştirak edib.

Tamer Karadağlının vəkili müvəkkilinin ev kirayəsini hər ay vaxtlı-vatdında ödədiyini və ev sahibinin də evlə bağlı qiymət artımını normal qarşıladığını iddia edib.

Buna baxmayaraq məhkəmə aktyorun evdən çıxarılması ilə bağlı qərar verib. Məşhur aktyorun verilən qərara etiraz edəcəyi bildirilib.

Xatırladaq ki, azərbaycanəsilli aktyor Tamer Karadağlı illərdir kirayə qaldığı ev sahibini məhkəməyə verib. Buna səbəb aktyorun ev sahibinin kirayəhaqqını 10 500 lirədən (təxminən 929 AZN) 55 000 lirəyə (təxminən 4 867 AZN) qədər artırması olub.

Azərbaycanəsilli aktyorun evindən çıxarılmasına qərar  verildi - FOTO

Oxşar xəbərlər

MTN mafiyasının müsadirə olunan milyonluq əmlakları - SİYAHI

MTN mafiyasının müsadirə olunan milyonluq əmlakları - SİYAHI

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən generalları və onların əməkdaşlarının dəyəri milyonlarla ölçülən əmlaklarınınn üzərinə həbs qoyulub....

16791 Hadisə 13:28 31 dekabr 2016

Son xəbərlər