Gəncədəki konsertində bıçaqlanan Xalq artisti: "Gördüm məni qan aparır" - VİDEO

Xalq artisti Niyaməddin Musayev illər əvvəl başına gələn bədbəxt hadisədən danışıb.
BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" proqramına qonaq olan sənətçi bir zamanlar Gəncədə solo konsert verərkən bıçaqlandığını deyib:
"1986-cı ildə solo konsertlərimin birində məni bıçaqlamışdılar. Bir ruhi xəstə idi. Bıçağı güllərin içində gizlətmişdi. Səhnəyə gətirəndə bir neçə dəfə mənə vurdu. Mən də mikrafonla onu vurdum. Sarayın qapısını sındırıb qaçıb getdi. Gördüm məni qan aparır, vəziyyətim yaxşı deyil. Aləm qarışdı bir-birinə. Çıxdım bayıra, gördüm bir maşın var, sürücüyə dedim ki, məni xəstəxanaya apar. Xəstəxanaya çatana qədər ayaqlarımın altında qandan gölməçəyə çevrildi. 14 gündən sonra məni təyyarə ilə Bakıya gətirdilər. 10 dəfə qabırğamı kəsiblər".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
