Bakıdan Tbilisiyə uçan "Buta Airways"in təyyarəsi tufana görə geri qayıdıb

02
iyn
2023
23:50
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib
Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.
Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.
Oxşar xəbərlər
Aeroporta geri qayıdan Bakı-Naxçıvan təyyarəsi yola düşüb - YENİLƏNİB
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş...
