Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb

01
iyn
2023
23:46
Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Marketdə kərə yağı adı ilə bitki yağı satırmışlar - FOTO
Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bild...
